Azərbaycan yığması üçün münasib rəqiblər - STATİSTİKA
20.11.2013 - 12:11
Qırğızıstan millisi Azərbaycan yığması üçün münasib rəqiblər sırasına daxil olub. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi ən azı 3 dəfə qarşılaşıb uduzmadığımız 4-cü komanda kimi tarixə düşüb.
1993-cü il iyunun 7-də İranda bu rəqibi 3:2 hesabı ilə yenən millimiz 2007-ci il martın 11-də Qazaxıstanda da 1 cavabsız qolla qalib gəlib. Həmin matçların hər ikisi neytral meydanda baş tutan beynəlxalq turnir çərçivəsində olub. Bu il noyabrın 19-da Bişkekdə qolsuz heç-heçə ilə kifayətlənən yığmamız ardıcıl 3-cü dəfə qırğızıstanlılara uduzmadı.
1992-ci ildə ilk oyununa çıxan yığmamızın tarixində buna qədər cəmi 3 komanda var idi ki, 3 və daha çox görüşdə onlara uduzmamışdıq. Andorra ilə 4, Latviya ilə Lüksemburq isə 3 dəfə millimizi uda bilməyib.

| Andorra | 4 | 1 | 3 | 0 | 2-1 |
| Latviya | 3 | 0 | 3 | 0 | 2-2 |
| Lüksemburq | 3 | 1 | 2 | 0 | 3-2 |
| Qırğızıstan | 3 | 2 | 1 | 0 | 4-2 |
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0