Julius Vobay “Neftçi”yə qayıtmaq istəyir - MÜSAHİBƏ
20.11.2013 - 15:59
“Neftçi”nin Birləşmiş Ərəb Əmirliklərinin “Əl Şaab” klubuna icarəyə verdiyi Julius Vobay paytaxt təmsilçisinin rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, syerra-leoneli yarımmüdafiəçi yeni klubundakı işləri və “ağ-qaralar”ın heyətinə mümkün dönüşü haqda danışıb.
- Mövsümün əvvəlindən “Əl Şaab” klubunda oynayırsınız. Yeni mühitə və komandaya uyğunlaşa bilmisiniz?
- Düzünü desəm, bura ilk gəldiyim günlər Bakı və oradakı dostlarım üçün daha çox darıxırdım. Yeni insanlarla münasibət qurmağa vaxt lazım idi. Bildiyimə görə, buradakı oyunumu Azərbaycanda da maraqla izləyirlər. Sevinirəm ki, məxsus olduğum “Neftçi” klubu da məni daim nəzarətdə saxlayır. Komandamın rəsmi internet səhifəsində burada vurduğum qollar və ötürmələr yerləşdirilmişdi. Həqiqətən bu məni çox ruhlandırır və qürurlandırır. Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin təbiəti fərqlidir. Müsəlman olduğum üçün həm Bakıda, həm də burada özümü rahat hiss edirəm. Burda müxtəlif millətlərin nümayəndələri var deyə, ortaq dil kimi ingilis dili işlənir və buna görə də ünsiyyət problemi yaşamadım. Yeni komandamda da çoxlu dostlarım var.
- “Neftçi”nin sizinlə daim maraqlandığını dediniz. Siz necə, komandanın oyununu izləyə bilirsizmi?
- Əlbəttə ki, “Neftçi”nin oyunlarından əsas məqamları internet vasitəsilə izləyirəm. Sevinirəm ki, bizimkilər indi də çempionatın liderlər qrupundadır. Etiraf eləmək lazımdı ki, Azərbaycan çempionatında mübarizə getdikcə çətinləşir. Amma mənim favoritim təbii ki, “Neftçi”dir. Komandada güclü rəqabətin olduğu hiss edilir. Ötən mövsüm mən oynadığım mövqedə, bu il Araz Abdullayev meydana çıxır. Komandaya nə qədər xeyir verdiyi də göz qabağındadır. Nforun da gözəl oyunu bir afrikalı kimi məni sevindirməyə bilməz. “Neftçi” ən çətin anlarda belə toparlanmağı bacaran komandadır. İnanıram ki, 4-cü çempionluğu qazanacaq. Bildiyimə görə, komandaya yeni baş məşqçi təyin edilib. Nazim Süleymanova da işlərində uğurlar arzulayıram.
- Ərəb Əmirliklərinin çempionatının səviyyəsi necədir və komandanızın çıxışı barədə nə deyə bilərsiz?
- Mübarizə baxımından Azərbaycan Premyer Liqasına çox bənzəyir. Burada da futbolçular daha çox texnikalı, fərdi oyuna üstünlük verilir. Elə “Neftçi”nin özündə elə futbolçular var ki, burada rahatlıqla çıxış edə bilərlər. Dediyim kimi, bir az hava şəraiti fərqlidir, amma ona da uyğunlaşarlar. Demək olar ki, hər oyunda iştirak edirəm və deyim ki, pis də alınmır. Mən çempion komandada çıxış etmişəm və hazırkı vəziyyətlə razılaşa bilmərəm. Komanda olaraq hələlik istədiyimiz nəticələri qazana bilməmişik. Rəqibdən üstün olduğumuz bəzi oyunlarda sadəcə bəxtimiz gətirməyib. Fikrimcə növbəti oyunlarda qələbə qazanaraq turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıracağıq.
- Vobay “Neftçi” azarkeşlərinin sevimli futbolçularından biri olub və indi də belədir. Bəs “Əl Şaab” tərəfdarlarının sizə münasibəti necədir?
- Harada oynamağımdan asılı olmayaraq çalışıram ki, azarkeşlərin sevgisini qazanım. Əgər onlar səni qəbul etmirsə komandaya xeyrin dəyə bilməz. “Neftçi”də azarkeşlərin bu dəstəyini qazana bilmişdim. İndi Bakıdan çox uzaqdayam amma komanda yoldaşlarımla yanaşı azarkeşlər də məni unutmurlar.
- Vobay “Neftçi” ilə qazandığı uğurların davamını gətirmək istəyirmi?
- Niyə də yox. “Neftçi” mənim üçün karyeramın zirvəsidir. Üstəlik, müqavilə ilə “Neftçi”yə məxsusam. Amma təkcə mənim qərar verməyim kifayət deyil. Mövsümün sonunda “Əl Şaab” ilə icarə müddəti başa çatır. Bundan sonra karyeramı harada davam etdirəcəyimə də “Neftçi” qərar verəcək. Şəxsi fikrimi bilmək istəyirsinizsə, təbii i, “Neftçi” ilə avrokuboklarda yeni tarix yazmaq istəyirəm. Həmin hissləri təkrar yaşamaq çox gözəl olardı. Bunun üçün gərək daim ideal formada olasan. Fürsətdən istifadə edib bir daha bütün Azərbaycana salamlarımı yollayıram. İnanıram ki, “Neftçi” mövsümün sonunda çempion olacaq və mən də qayıdıb komandam üçün avrokuboklarda əlimdən gələn köməyi edəcəyəm.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0