“Bakı” – “Xəzər Lənkəran” görüşünün hakimləri açıqlandı
20.11.2013 - 16:16
“Bakı” – “Xəzər Lənkəran” görüşünün hakimləri açıqlandı
Topaz Premyer Liqasında XIV turun oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Hakimlər Komitəsi həftənin açılış matçı olan “Bakı” – “Xəzər Lənkəran” görüşünü Əliyar Ağayevə həvalə edib.

Lider “Qarabağ”ın “Rəvan”la ev oyununu Rauf Cabbarov idarə edəcək. Ağdam klubu ilə eyni xala malik “Neftçi”nin “İnter”lə paytaxt derbisində isə Rəhim Həsənov fit çalacaq.

Təcrübəli referilər – Fariz Yusifovla Vüsal Əliyev isə müvafiq olaraq, “Qəbələ” – AZAL və “Sumqayıt” – “Simurq” qarşılaşmalarında ədalətin keşiyində olacaqlar.


22 noyabr (cümə)
14:00. “Bakı” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu,

14:20. “Qəbələ” – AZAL
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
Qəbələ şəhər stadionu

17:00. “Sumqayıt” – “Simurq”
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança

23 noyabr (şənbə)
15:00. “İnter” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
“Şəfa” stadionu

24 noyabr (bazar)
17:00. “Qarabağ” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Mahir Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu