“Rəqiblərimizdən birində Azərbaycan yığmasının güclü oyunçuları çıxış edir”
20.11.2013 - 17:11
“İlk görüşdə qələbə qazanmaq çox vacibdir. Amma bu, çox çətindir. Çünki tərəflər onu necə rəqibin gözlədiyini dəqiq bilmir”. Apasport.az saytının məlumatına görə, bunu Macarıstanın ETO klubunun futzalçısı Akoş Harniş deyib.
Macarıstan millisinin də üzvü olan Harniş sabah başlayacaq UEFA Futzal Kubokunun elit mərhələsinin D qrupunun qarşılaşmaları üçün öz fikirlərini bildirib. O, “Araz”ın heyətindəki milliləşdirilmiş braziliyalı futbolçuları xüsusən vurğulayıb: “İstənilən halda, biz yaxşı oyun göstərmək istəyirik. Planlarımızı reallaşdırmaq üçün önümüzdə çətin tapşırıqlar durur. Ona görə ki, rəqiblərimiz çox yaxşı komandalardır. Xüsusən də rəqiblərimizdən birində Azərbaycan yığmasının güclü, çox istedadlı braziliyalı oyunçuları çıxış edir”.
ETO-nun futzalçısı qrupda əsas mübarizənin “Sportinq”lə “Araz” arasında gedəcəyini bildirib: “Biz özümüz haqda fikirləşməliyik. “Eyndhoven”lə matçda hər şeyi etməliyik ki, sona kimi şans qazanaq. Fikrimcə, bütün 3 oyun bir qayda olaraq çətin olacaq. Çünki bunlar pis komandalar deyil. Real götürsək, “Sportinq” və “Araz” həlledici mərhələyə çıxmaq üçün mübarizə aparacaq. Biz isə bu mübarizədə iştirak etməyə və bir neçə sürpriz etməyə çalışacağıq”.
Qeyd edək ki, ETO – “Araz” oyunu noyabrın 22-də baş tutacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşü yerli Sport1 telekanalı canlı yayınlayacaq.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0