“Doğma meydanda oynamaq asandır” - MÜSAHİBƏ
20.11.2013 - 18:06
Sabah UEFA Futzal Kubokunun elit mərhələsində D qrupunda mübarizəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Araz” ilk turda Hollandiya çempionu “Eyndhoven”lə qarşılaşacaq. Naxçıvan təmsilçisinin baş məşqçisi Joze Alesio da Silva qarşılaşmadan öncə apasport.az saytının Lissabona ezam olunan əməkdaşının suallarını cavablandırıb.
- Komanda elit-raunda nə dərəcədə hazırdır?
- Yaxşı hazırlıq keçmişik. Düzdür, komandaya gec qoşulanlar da oldu. Amma bu amil işimizə kölgə salmadı. Gündə iki dəfə olmaqla, məşqlər keçdik. Düşərgədə əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu düşünürəm.
- Bakıdakı hazırlıq zamanı 2 yoldaşlıq görüşü keçirdiniz. Bu oyunlar zamanı yetirmələrinizin çıxışı sizi nə dərəcədə qane etdi?
- Fiziki yorğunluğun olması normaldır. Çünki neçə həftədir gündə iki dəfə - səhər və axşam məşqlər keçirdik. Həm də fiziki planda yüksəlməyimizə ispaniyalı məşqçinin də əməyi oldu. O, artıq vətəninə geri dönüb. Yoldaşlıq oyunlarında komandanı yorğunluq fonunda yoxladıq. Futzalçıların nə dərəcədə hazır olduğunu müəyyənləşdirdik. Taktiki planda bəzi çatışmazlıq var idi. Onu da oyunların video yazısını izləyə-izləyə aradan qaldırırdıq. Ümid edirəm ki, buraxdığımız səhvləri ilk turda təkrarlamayacağıq.
- Komandaya gec qoşulanların olduğunu dediniz. Həmin futzalçılar kimlərdir?
- Biri Serjaodur. Onun haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu futzalçı azarkeşlərə yaxşı tanışdır. Digəri isə Avqustodur, ağıllı futzalçıdır. Tez öyrənir, tez həyata keçirir. Onun komandaya alışması rahat olacaq.
- Serjao demək olar son bir ildə heç bir komandanın formasını geyinməyib. Belə olan halda, onun çətin oyunlara hazır olduğuna nə dərəcədə əminsiniz?
- Bəli, Serjao tam hazır deyil. Fiziki planda formasını bərpa etmək üçün çox çalışır. Amma onun üçün çətin olacaq. Düzdür, o, oynamaq eşqi ilə alışıb-yanır. Böyük ehtimalla, Lissabondakı görüşlərdə onun xidmətindən az istifadə edəcəm.
- Rəqiblər haqda nə deyə bilərsiz? “Araz”ın “Dördlər finalı”na adlamaq şansını necə dəyərləndirirsiz?
- İlk rəqibimiz olan “Eyndhoven” iddialı komandadır. Heyətində fərdi keyfiyyətlərinə görə seçilən Kərim adlı futzalçı var. Ümumiyyətlə, bu komandanın əsasını ərəb futzalçılar təşkil edir. Çoxları onları zəif hesab edir. Amma mən belə düşünmürəm. Elit-raundda zəif rəqib yoxdur. Digər iki rəqibimiz - “Qyor” və “Sportinq” oturuşmuş komandalardır. Neçə illərdir eyni heyətlə çıxış edirlər. Heyətlərində legionerlər var. Əsas rəqibimiz də onlardır. “Sportinq”lə şanslarımız 50-nin 50-yədir.
- Əgər “Araz” “Dördlər finalı”na vəsiqə qazansa, bu mərhələnin oyunlarının Bakıda keçirilmə ehtimalı yüksəkdir. Bu, komandamız üçün əlavə stimul ola bilərmi?
- Doğma meydanda oynamaq asandır. Azarkeş, doğma məkan amili xeyrinə işləyir. Məqsədimiz odur ki, həlledici mərhələyə adlayaq və Bakıda Azərbaycan xalqını sevindirək.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0