Ronaldonu favorit edən rekordlar
20.11.2013 - 18:34
Ronaldonu favorit edən rekordlar
DÇ-2014-ün pley-off mərhələsinin İsveçlə cavab matçında het-trikə imza atan Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo “Qızıl top” uğrunda mübarizədə favoritə çevrilib. Apasport.az saytının məlumatına görə, artıq futbol ictimaiyyəti yığmasını mundiala daşıyan “Real”ın forvardını 2013-cü ilin ən yaxşı oyunçusu seçilməyə daha şanslı görür.

Ronaldo cari mövsümdə keçirdiyi 20 oyunda 32 qol vurub, 5 dəfə het-trikə imza atıb. İl ərzində isə 55 görüşə çıxan Krişianunun hesabında 66 dəqiq zərbə var.

Karyerası ərzində 26 dəfə het-trik sevinci yaşayan ulduz futbolçu yığmada qollarının sayını 47-ə çatdıraraq, Pedru Pauletanın rekordunu yeniləyib.

Qeyd edək ki, Ronaldo İsveçlə oyunda şəxsi rekorda da imza atıb. İndiyədək bir il ərzində maksimum 63 qol vura bilən hücumçunun hesabında artıq 66 dəqiq zərbə var.