“Yuventus” Vidalla müqaviləni yeniləyir
20.11.2013 - 23:23
“Yuventus” Vidalla müqaviləni yeniləyir
Bu gün "Yuventus"un futbolçusu Arturo Vidal klubu ilə müqaviləni yeniləməyə razılıq verib. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Belə ki, 2016-cı ildə başa çatacaq 26 yaşlı yarımmüdafiəçinin müqaviləsi daha iki il uzadılacaq. Yeni sözləşmənin yaxın bir neçə gün ərzində imzalanacağı deyilir.

Qeyd edək ki, çilili futbolçu 2011-ci ildə Almaniyanın “Bayer” (Leverkusen) klubundan “Yuventus”a transfer olunub.