Kuarejma qayıdır
21.11.2013 - 01:52
Kuarejma qayıdır
Bir dönəm “Beşiktaş”da da çıxış edən Rikardo Kuarejma sabiq klubu “Porto”ya qayıdır. Apasport.az saytının məlumatına görə, bu barədə Portuqaliya mətbuatı xəbər yayıb.

Hazırda Birləşmiş Ərəb Əmirliyinin “Əl-Əhli” klubunda çıxış edən 30 yaşlı yarımmüdafiəçinin qış transfer pəncərəsində Portuqaliya təmsilçisinə keçəcəyi deyilir. Məlumatlara görə, Kuarejmanın da keçmiş komandasına qayıtmaq istəyir.

Qeyd edək ki, “İnter”dən İstanbul klubuna keçən portuqaliyalı futbolçu 2010-2012-ci illər ərzində “ağ-qaralar”ın şərəfini qoruyub. Kuarejma 2004-2008-ci illər ərzində isə “Porto”nun formasını geyib.