Eşli Koul yenə sıradan çıxdı
21.11.2013 - 07:35
Eşli Koul yenə sıradan çıxdı
Qabırğalarındakı zədə səbəbindən son iki qarşılaşmada “Çelsi”yə kömək edə bilməyən Eşli Koul yenidən sıradan çıxıb. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi növbəti turdakı “Aston Villa” ilə oyunu da buraxmalı olacaq.

Belə ki, Koul İngiltərə millisinin heyətində Almaniyaya qarşı çıxış edərkən oyunu sona qədər tamamlaya bilməyib. Ağrıları artan təcrübəli futbolçu bu səbəbdən meydanı yarımçıq tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, noyabrın 19-da yoxlama oyunu çərçivəsində İngiltərə millisi 1:0 hesabı ilə Almaniyaya məğlub olub.