“Araz”dan 6 qol - YENİLƏNİB
22.11.2013 - 01:54
Futzal üzrə UEFA kubokunun elit-raundunda C və D qruplarının oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz” da qitənin ən güclüsü olmaq uğrunda qüvvəsini sınayıb.
Portuqaliyada mübarizə aparan D qrupunda çıxış edən Naxçıvan təmsilçisi bu gün ilk turun görüşündə Hollandiyanın “Eyndhoven” klubunu sınağa çəkib.
İndiyədək 2 dəfə qarşılaşdığı rəqibə xal verməyən Joze Alesionun yetirmələri Bakı vaxtı ilə saat 22:00-da başlayan matçda rəqibi 6:3 hesabı ilə məğlub edib.
“Araz”ın oyunu qrupumuzun açılış matçı olub. Bundan sonra isə meydana Portuqaliyanın “Sportinq” və Macarıstanın “Qyori ETO” klubları çıxıb. Portuqaliyalılar meydandan 6 qolla qalib ayrılıb.
Qeyd edək ki, matçlar Portuqaliya paytaxtı Lissabon yaxınlığındakı Almada şəhərciyində keçirilib.
Futzal üzrə UEFA kuboku
Elit-raund, D qrupu
21 noyabr
“Araz” - “Eyndhoven” (Hollandiya) - 6:3
Qollar: Auqusto, 6; Edu, 7; Rafael, 12; Biro Jade, 25; Borisov, 31; Amadeu, 35 - Bali, 10; Əl -Attabi, 11; Qəmbərov, 32 (avtoqol)
“Sportinq” (Portuqaliya) - “Qyori ETO” (Macarıstan) - 6:1
Qollar: Marselinyo, 4; Pedro, 10; Divaney, 14; 24; Aleks, 33; Deo, 36 - Harniş, 31

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0