“Sportinq”in baş məşqçisi: “Araz” bütünlüklə istedaddır
21.11.2013 - 10:33
“Yarışın bu mərhələsindən ümidlərim yaxşıdır. Ancaq biz rastlaşacağımız çətinlikləri bilirik. Bütün 4 komanda öz ölkələrində çempion olub. Rəqiblərimiz çox güclü və səviyyəli klublardır. Onlar haqda az məlumata malik olmağımız hazırlıqlarımıza maneə yaratdı. Ancaq biz oynamaq üçün hazırıq”. Apasport.az saytının məlumatına görə, bunu “Sportinq” futzal komandasının baş məşqçisi Nunu Diaş deyib.
Portuqaliya çempionunun baş məşqçisi dünən keçirilən mətbuat konfransında UEFA kubokunun elit mərhələsi ilə bağlı fikirlərini bildirib.
Diaş “Dördlər Finalı”na çıxmaq üçün hər şey edəcəklərini bildirib: “Biz qələbə qazanmaq istəyirik. Bilirik ki, yalnız 1 komanda növbəti mərhələyə çıxacaq. Ona görə də bütün komandalarda “Dördlər Finalı”na çıxmaq üçün təzyiq var. Əlbəttə ki, hamı kimi mən də ora qatılmağımızı istəyirəm. Çempionat oyunlarında olduğu kimi, çox qol vura bilməsək də, qələbə qazanmaq və bazar günü qrupu ilk pillədə tamamlamaq üçün öz işimizi görəcəyik”.
Portuqaliyalı çalışdırıcı sonra D qrupunda yer alan rəqibləri haqqında məlumat verib: “Dyor” çox yaxşı təşkil olunmuş komandadır. Onlar qələbə qazanmağa öyrəncəlidirlər. Bu, çox vacib amildir. Çünki bu onlara özünə əminlik yaradır. Bundan başqa, Macarıstan klubu fiziki və atletik cəhətdən çox güclü komandadır. Ləng deyillər, ağıllı, sürətli, aqressiv oynayırlar. Onlar nə etmək istədiklərini yaxşı bilirlər... Biz “Eynhoven” haqqında çox şey bilmirik. Ancaq bilirik ki, onların 1-2 səviyyəli oyunçusu var. Onlardan biri hazırkı futzalın ən yaxşı oyunçularından (mərakeşəsilli belçikalı Karim Balini nəzərdə tutur - red) sayılır. O, hər iki ayağı ilə yaxşı oynayır və bizə çox çətinliklər yaradacaq. “Araz” Azərbaycan milli komandasından təşkil olunmuş klubdur. Heyətinin əksəri milliləşdirilmiş braziliyalılardır. Həmin oyunçular yaxşı futzalçılardır. Mən onları Rusiyada işlədiyim vaxtdan tanıyıram. “Benfika”nın sabiq futzalçısı Davi də burda çıxış edir və onu çox yaxşı tanıyırıq. Bu komanda bütünlüklə istedaddır”.
Sonda Diaş bu turnirdə debüt etməsindən də danışıb: “3 komanda ilə də oyunumuz çox çətin olacaq. Ancaq biz həqiqətən qələbə qazanmaq və məqsədlərimizə çatmaq istəyirik. Məşqçi kimi futzal üzrə UEFA Kubokunda mənim debütümdür. Burda iştirak etmək məşqçi üçün də üstünlükdür”.
Qeyd edək ki, futzal üzrə UEFA Kubokunun elit mərhələsinin D qrupunun oyunlarına bu gün start veriləcək. “Araz” “Eyndhoven”lə, “Sportinq” isə “Dyor”la qarşılaşacaq.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0