11 günlük fasilə bitdi: İkihakimiyyətliliyə son qoyulacaqmı?
21.11.2013 - 10:43
Sabah Topaz Premyer Liqasında XIV turun görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan 11 günlük fasilədən sonra klublar ilk qarşılaşmalarına çıxacaqlar.
Əslində, fasilə bu gün başa çatmalı olsa da, “Qəbələ” – AZAL görüşünün vaxtının dəyişdirilməsi turun startını sabaha qədər yubatdı. XIV turun ilk günündə 3 qarşılaşma baş tutacaq. Bu matçın nəticəsindən asılı olmayaraq, 3-cü pillədə qalacaq “Qəbələ” xal hesabını artırmaq üçün AZAL-la qarşılaşmada xal itirməməlidir. Son 2 matçda qalib gələ bilməyən əyalət təmsilçisi kimi, 8 turdur qələbə həsrətində olan AZAL da mövqeyini yaxşılaşdırmaq üçün 3 xalı hədəfləyib.
Eyni saatda başlayacaq “Bakı” və “Xəzər Lənkəran” arasında qarşılaşma da böyük maraq kəsb edir. Vaxtilə bu oyun turun mərkəzi görüşü sayıla bilərdi. Lakin indi hər iki komanda əvvəlki dövrlərini xatırladacaq gücdə deyil. Buna baxmayaraq, həm paytaxt, həm də əyalət təmsilçisi qələbəyə köklənib. Məğlubiyyət isə hər iki tərəf üçün ciddi itki olacaq. 3 turdur qələbə həsrətində olan cənublular üçün 3 xalın qazanılması daha vacibdir.
İlk oyun gününə “Sumqayıt”la “Simurq” arasında matçla yekun vurulacaq. Uzun müddətdir qələbə həsrəti yaşayan komandalar müvafiq olaraq 10 və 8 oyundur meydanı qalib tərk etmir.
Turun növbəti 2 gününün hərəsində 1 matç baş tutacaq. Həmin oyunlar çempionatın şərikli liderləri “Neftçi” ilə “Qarabağ”ın iştirakı ilə keçiriləcək. Bu matçların nəticəsindən asılı olaraq, Premyer Liqada ikihakimiyyətliliyə son qoyula bilər.
Əvvəl meydana paytaxt təmsilçiləri “Neftçi” ilə “İnter” çıxacaq. Turun mərkəzi görüşündə qazanılan istənilən xal “ağ-qaralar”ı ən azı 1 günlük zirvəyə daşıyacaq. Bir gün sonra oynayacaq “Qarabağ”ın qalib gələcəyi halda, onlardan geri qalmamaq üçün isə Nazim Süleymanovun yetirmələri xal itirməməlidir. Son turlar özünə gələn “bankirlər” isə meydan amilindən yararlanıb, liderlərlə fərqi azaltmaq niyyətindədir.
Tura liderin oyunu ilə yekun vurulacaq. Son 5 matçda meydanı qolsuz tərk etməyən “Qarabağ” çempionatın 2 autsayderindən biri “Rəvan”ı qəbul edəcək. Qurban Qurbanovun yetirmələri zirvədəki mövqeyini qorumaq üçün I dövrədə məğlub edə bilmədiyi rəqibindən 3 xal almağa çalışacaq. 7 tur qələbə həsrətində olan bakılılar isə lideri büdrətmək əzmindədir.
Topaz Premyer Liqası
XIV tur
22 noyabr (cümə)
14:00. “Bakı” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu,
I dövrədəki oyun – 1:2
14:20. “Qəbələ” – AZAL
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
Qəbələ şəhər stadionu
I dövrədəki oyun – 2:1
17:00. “Sumqayıt” – “Simurq”
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança
I dövrədəki oyun – 1:3
23 noyabr (şənbə)
15:00. “İnter” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
“Şəfa” stadionu
I dövrədəki oyun – 1:3
24 noyabr (bazar)
17:00. “Qarabağ” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Mahir Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu
I dövrədəki oyun – 1:1
Bombardir: Əfran İsmayılov (Bakı) – 6 qol.

| komanda | o | q | h | m | t | x | |
1 | Qarabağ | 13 | 8 | 4 | 1 | 25-8 | 28 |
2 | Neftçi | 13 | 8 | 4 | 1 | 20-9 | 28 |
3 | Qəbələ | 13 | 7 | 2 | 4 | 20-13 | 23 |
4 | Bakı | 13 | 5 | 3 | 5 | 22-16 | 18 |
5 | İnter | 13 | 5 | 2 | 6 | 21-18 | 17 |
6 | AZAL | 13 | 4 | 5 | 4 | 12-16 | 17 |
7 | Simurq | 13 | 3 | 6 | 4 | 11-12 | 15 |
8 | Xəzər L | 13 | 3 | 5 | 5 | 10-17 | 14 |
9 | Rəvan | 13 | 1 | 5 | 7 | 8-25 | 8 |
10 | Sumqayıt | 13 | 1 | 4 | 8 | 6-21 | 7 |
Bombardir: Əfran İsmayılov (Bakı) – 6 qol.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0