Millimizin baş məşqçisi favorit komandanın adını açıqladı
21.11.2013 - 10:49
Millimizin baş məşqçisi favorit komandanın adını açıqladı
“Sportinq” qrupdan həlledici mərhələyə çıxmağa favoritdir”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə ölkə çempionumuz “Araz”ın braziliyalı baş məşqçisi Joze Silva deyib.

Milli komandamızın da çalışdırıcısı olan cənubi amerikalı mütəxəssis UEFA Kubokunda mübarizəyə qatılmazdan öncə keçirilən mətbuat konfransında iştirak edib. O, “Sportinq”in favorit olmasını belə əsaslandırıb: “Ona görə qrupdan çıxmağa əsas namizəddirlər ki, evdə oynayırlar. Bu isə onlara çox kömək edəcək. Onlar həmişə “Dördlər Finalı”nda oynayıb. Həmin heyətlərini qoruyub saxlayıblar. Bu da hər hansı bir komanda üçün çox mühüm bir amildir”.

Qeyd edək ki, “Araz bu gün Hollandiya çempionu “Eyndhoven”lə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.