AFFA milli komandanın baş məşqçisini dəyişdi
21.11.2013 - 13:08
19 yaşadək futbolçularda ibarət Azərbaycan millisinin baş məşqçisi postunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, komandamız 2014-cü il yanvarın 3-dən 12-dək keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə Nikolay Adamın rəhbərliyi altında çıxış edəcək. O, bu posta Arif Əsədovu əvəzləyib.
Xəbəri əməkdaşımızla söhbətində Əsədov özü də təsdiqləyib. O bildirib ki, yığmada işini davam etdirməsi mümkündür: “Məsələ hələ açıq qalıb, U-19 millisində işimi davam etdirib-etdirməyəcəyim dəqiq deyil. Bildiyiniz kimi, AFFA ilə müqaviləmin müddəti başa çatıb. Yeni sözləşmə ilə bağlı hələlik müzakirə aparmamışıq. Lakin baş katib Elxan Məmmədovla söhbətimiz olacaq. Onunla görüşdən sonra hər şeyə aydınlıq gələcək”.
Arif bəy U-19-un Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə onun deyil, Nikolay Adamın rəhbərliyi altında çıxış edəcəyində də aydınlıq gətirib: “Bəli, komandanı Sankt-Peterburqa Adam aparacaq. Çünki indiki heyəti Adam daha yaxşı tanıyır”.
Qeyd edək ki, Adam bunadək 17 yaşadək futbolçulardan ibarət milli komandamıza rəhbərlik edib. O, həmçinin AFFA tərəfindən təşkil edilən məşqçi kurslarında da seminar keçir.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0