“Qalatasaray”la oyun öncəsi millimizin futbolçusuna istirahət
21.11.2013 - 14:06
“Qalatasaray”la oyun öncəsi millimizin futbolçusuna istirahət
Azərbaycan millisinin futbolçusu Cihan Özkara şərəfini qoruduğu Türkiyənin “Sivasspor” klubunun düşərgəsinə qayıdıb. Apasport.az saytının məlumatına görə, yığmamızın milliləşən legioneri “Qalatasaray”ıa oyuna hazırlaşan Sivas təmsilçisinin məşqinə qoşulmayıb.

Belə ki, məşqçilər korpusu millimizlə Estoniyaya, oradan da Qırğızıstana yollanan Cihana istirahət vermək qərarına gəlib. Hücumçu istirahətdən sonra komanda ilə hazırlıqlara başlayacaq.

Qeyd edək ki, “Qalatasaray” – “Sivasspor” oyunu noyabrın 23-də keçiriləcək.