DÇ-2014: Hakimlər üçün yeni üsul
21.11.2013 - 14:38
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında referilər xüsusi spreylərdən istifadə edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA Hakimlər Komitəsinin sədri Massimo Buzakka məlumat verib.
Baş hakimlər cərimə zərbələrinin yerinə yetirilmə nöqtələrini və canlı səddin dayanmalı olduğu yerləri göstərmək üçün spreydən istifadə edəcəklər. Buzakka bildirib ki, bu, əlavə mübahisələrin qarşısını alacaq: “Bunun işin xeyrinə olacağını düşünürük. Araşdırma apardıq və məlum oldu ki, futbolçuların əksəriyyəti canlı səddin təşkili zamanı qaydalar riayət etmirlər. Təəssüf ki, bir çox hallarda bu kimi hallar referinin diqqətindən yayınır və futbolçular layiq olduqları sarı vərəqə ilə cəzalandırılmırlar. Spreyi klublararası dünya çempionatında sınaqdan keçirəcəyik. Bundan sonra bu metoddan FİFA bayrağı altında keçiriləcək digər turnirlərdə, eləcə də, DÇ-2014-də istifadə olunacaq”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0