“Bakı”nın baş məşqçisi: ...Mən 500 ildir futboldayam
21.11.2013 - 17:30
“Xəzər Lənkəran” Premyer Liqadakı yerindən asılı olmayaraq, çətin rəqibdir. Düzdür, hazırda çox da yaxşı mövqedə qərar tutmayıblar, amma görünən reallıq budur”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.
“Bakı” sabah Topaz Premyer Liqasının XIV turu çərçivəsində “Xəzər Lənkəran”ı qəbul edəcək.
Oyun ərəfəsində klubun rəsmi saytına danışan serbiyalı çalışdırıcı bunları deyib:
“İlk dövrə oyununda müəyyən səbəblərdən məğlub olduq. Sabah biz meydançanı yaxşı sulayacağıq ki, azarkeşlər sürətli futbol görə bilsin. Revanş almaq da öz yerində. Bəzilərindən fərqli, meydanı daş kimi sərt etmək istəmirik. Onlar idmana yardım etmirlər, futbolçulara yazıqları gəlmir. Bu üzdən belə addım atırlar. Çalışacağıq ki, futbola məxsus maraqlı tamaşa göstərək. “Neftçi”yə məğlubiyyətdən sonra psixoloji hazırlıqda problem yoxdur. Biz nə Madrid “Real”ıyıq, nə də “Barselona”.
Pantiç zədəli Kamran Ağayevin yoxluğunda qapını Edin Nuredinovsikyə deyil, gənc və təcrübəsiz Elxan Əhmədova həvalə etməsinə də aydınlıq gətirib: “Gənc qapıçımız Elxan Əhmədov haqda mətbuatda səslənən tənqidi fikirlərə gəlincə, ikinci dövrənin sonuna kimi qapını o qoruyacaq. Nə etdiyimi bilirəm, hesab edin ki, mən 500 ildir ki, futboldayam. Belə olan halda nə dediyim dəqiq anlaşılar. Qapıya Elxanı yox, Edin Nuredinoskini qoysam, tənqidçilər məni qaldığım yerdən bayıra atarlar”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0