“Bavariya” “Borussiya” qarşısına Riberisiz çıxacaq
21.11.2013 - 21:21
“Bavariya” “Borussiya” qarşısına Riberisiz çıxacaq
“Bavariya”nın ulduz futbolçusu Frank Riberi növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Belə ki, Fransa millisinin Ukraynaya qarşı keçirdiyi pley-off oyununda zədələnən 30 yaşlı yarımmüdafiəçinin qabırğasında qırıq aşkarlanıb. Klubdan verilən rəsmi açıqlamada Riberinin növbəti turdakı “Borussiya” (Dortmund) matçında meydana çıxmayacağı deyilib. Bundan əlavə, fransalı futbolçunun Çempionlar Liqasındakı MOİK qarşılaşmasında da forma geyməsi sual altındadır.

Qeyd edək ki, Riberi cari mövsümdə “Bavariya” forması ilə 16 rəsmi qarşılaşmada 8 qol və 7 qol ötürməsi ilə fərqlənib.