Zidan həbs olundu
21.11.2013 - 23:41
Zidan həbs olundu
“Borussiya” (Dortmund) və Misir millisinin sabiq futbolçusu Muhammed Zidan həbs olunub. Apasport.az yerli “Eurosport”a istinadən xəbər verir ki, ölkəsində bir firmanı saxta çeklə aldatdığı üçün 31 yaşlı hücumçuya 6 illik həbs cəzası verilib.

Qeyd edək ki, son olaraq Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Baniyas”da çıxış edən Zidan cari ilin yanvar ayında klubdan ayrılıb. 2008-2012-ci illər ərzində də “Borussiya”nın şərəfini qoruyan Muhammed həbs olunmamışdan öncə futbol şərhçisi olaraq işləyirdi.