Messi: Berbatov məni əvəz edə bilməz
22.11.2013 - 01:02
Messi: Berbatov məni əvəz edə bilməz
“Barselona”nın ulduz futbolçusu Lionel Messi bolqar hücumçu Dimitar Berbatovun Kataloniya klubuna transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan argentinalı forvard bu keçidin reallaşmasının mümkünsüz olduğunu deyib:

“Barselona” ilə Berbatov arasında hər hansı əlaqənin olduğunu eşitməmişəm. O, böyük klublarda təcrübə qazanmış yaxşı futbolçudur. Klubumun transfer qərarlarına qarışmaq mənim vəzifəm deyil, amma Dimitarın “Barselona”ya keçməsi qeyri-mümkündür.

Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə, “Barselona”nın baş məşqçisi Xerardo Martinonun zədəli olan Messinin yerini Berbatovla doldurmaq istəyir. “Bayer” (Leverkusen), “Mançester Yunayted” kimi klublarda çıxış etmiş 32 yaşlı futbolçu hazırda “Fulhem”in şərəfini qoruyur.