Kapello: İtaliya ilə qarşılaşmaq istəmərəm
22.11.2013 - 04:35
Kapello: İtaliya ilə qarşılaşmaq istəmərəm
Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatması ilə bağlı açıqlamalar verib. Apasport.az aytının məlumatına görə, “sovsport”a danışan italiyalı mütəxəssis qrupl mərhələsində ölkəsinin yığması ilə üz-üzə gəlmək istəmədiyini deyib:

“İstərdim ki, püşk bizim üçün uğurlu olsun. Əlbəttə ki, DÇ-nin final mərhələsinə vəsiqə qazanan bütün komandalar güclüdür. Amma hazırda ən güclüləri siz də yaxşı bilirsiniz. İtaliya ilə qarşılaşmaq istəmərəm. Hisslərimi bölüşmək istəmirəm. O məqamda öz ölkəmin komandasını dəstəkləyə bilmərəm. Amma hansısa, mərhələdə İtaliya ilə qarşılaşmaq lazım gələrsə, problem yoxdur. Mən Rusiya yığmasının kostyumunu geyinirəm və bu ölkəni təmsil edirəm. Lazımdırsa, deməli lazımdır”.

Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyanın Mata-di-San-Juan şəhərində atılacaq.