Joze Alesiodan qələbə şərhi
22.11.2013 - 09:27
Joze Alesiodan qələbə şərhi
“Elit-raundun ilk oyununda qələbə qazanmağımız vacib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan çempionu “Araz”ın baş məşqçisi Joze Alesio deyib.

Braziliyalı mütəxəssis UEFA kubokunun elit-raundunun ilk turunun oyunu haqda fikirlərini açıqlayıb. Alesio Hollandiya “Eyndhoven”i üzərində 6:3 hesablı qələbəyə şərh verib: “Oyunun əvvəli heç də istədiyimiz kimi alınmadı. İlk qarşılaşma olduğundan həyəcan hiss olunurdu. Bu vəziyyətdə oyuna nəzarət etmək çətin idi. Lakin əsas odur ki. sonda vacib olan qələbə qazana bildik. Artıq növbəti qarşılaşma haqda düşünmək olar”.

Qeyd edək ki, “Araz” bu gün Macarıstanın “Qyori ETO” klubu ilə qarşılaşacaq.