Serjao: Bu, asan qələbə olmadı
22.11.2013 - 09:39
Serjao: Bu, asan qələbə olmadı
“Bu, asan qələbə olmadı. Bilirdik ki, çox çətin oyun olacaq. Ancaq komandamız yaxşı oynadı”. Apasport.az saytının məlumatına görə, bunu milli komandamızın və “Araz”ın braziliyalı futzalçısı Serjao deyib.

“Araz”ın təcrübəli oyunçularından olan Serjao “Eyndhoven” üzərində qələbə qazandıqları görüş haqqında fikirlərini bildirib. Braziliyalı futzalçı indi “Sportinq” və “Dyor”la matçı düşünməli olduqlarını söyləyib: “Biz Portuqaliyaya mərhələ keçmək üçün intuitiv anlayışla gəlmişdik. Bizim hələ 2 oyunumuz var. Oyundan oyuna artıracağıq”.

Qeyd edək ki, “Araz” dünən Hollandiya çempionu “Eyndhoven”i 6:3 hesabı ilə məğlub edib.