Millimizə qalib gəldi, müqaviləsi uzadılmadı
22.11.2013 - 09:59
Azərbaycan millisi ilə oyun Estoniya yığma komandasının baş məşqçisi Tarmo Ruutli üçün sonuncu olub. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı postunu tərk edib. Estoniya Futbol İttifaqı onunla başa çatan müqavilənin müddətini uzatmağa lazım bilməyib.
Hərçənd, noyabrın 15-də millimiz üzərində əldə etdikləri 2:1 hesablı qələbədən sonra assosiasiya rəhbəri Ayvar Pohlak onunla yeni sözləşmə imzalayacaqlarını açıqlamışdı. Lakin görünür dünən danışıq masasına əyləşən tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
Qeyd edək ki, Tarmo Ruutli 2008-ci ildən Estoniya yığmasına rəhbərlik edirdi.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0