“Növbəti görüşlərdə daha rahat və sərbəst oynayacağıq” - MÜSAHİBƏ
22.11.2013 - 10:48
“Araz” klubunun futzalçısı Rafael Da Durval UEFA kubokunun elit-raundu çərçivəsində “Eyndhoven” üzərində qazanılan qələbədən (6:3) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Qarşılaşma barədə fikrinizi bilmək istərdik...
- Birinci oyun həmişə çətin olur. Bu gün də belə alındı. Buna baxmayaraq, komandamız güclüdür. Erkən qollarla hesabda önə keçdik. Düzdür, sonradan rəqib bizə çatdı. Amma baş məşqçi komandanı toparlamağı bacardı və qələbəni əldən vermədik. Əsas nəticədir. Növbəti matçlarda daha rahat və sərbəst oynayacağıq. Başlanğıcdan çox şey asılıdır.
- Hollandiyalıların hesabı bərabərləşdirməsi nəyin nəticəsi idi?
- İkinci qolu vurduqdan sonra müəyyən qədər arxayınlaşdıq. Bu səbəbdən hollandlar qapımızdan iki top keçirdilər. Ancaq tezliklə səhvimizi düzəltdik.
- “Eyndhoven” hesabı bərabərləşdirdikdən sonra sizdə gərginlik yaranmışdı. Deyəsən, uduzmaqdan çəkinirdiniz...
- Hesab 2:2 olanda, konsentrasiyanı itirdik, ancaq qorxmadıq. Belə bir deyim var, onlar bacardıqları qədər, biz isə nə vaxt istəyiriksə, həmin anda qol vururuq. Oyunun gedişində bunun şahidi olduq. Onlar üçünü vursaydılar, biz 4 qol vuracaqdıq. “Qyor”la oyunda belə arxayınçılıq olmayacaq. Qarşılaşmaya daha yaxşı köklənəcəyik.
- Müəyyən səhvlərlə yadda qaldınız. Bu, nədən irəli gəlirdi?
- Bəli, komandaya yeni gələndə müəyyən çətinlik çəkirsən. “Araz” güclü və məqsədi olan komandadır. “Dördlər finalı”na vəsiqə qazanmaq istəyirik. Fikrimcə, bu gün pis oynamadım.
- Matçdan öncə rəqibin ən təhlükəli futzalçısı olan Kərim Balidən ehtiyatlanırdınız. Bu gün onu tam zərərsizləşdirə bildinizmi?
- Bəli, onu tanıyırdıq, nəyə qadir olduğunu bilirdik. Güclü oyunçudur. Amma bu gün biz ondan da yaxşı oynadıq. Kərimi demək olar, tamamilə təhlükəsizləşdirdik.
- “Qyor”la qarşılaşmadan nə gözləyirsiniz?
- Çox danışmaq istəmirəm. Biz meydana ancaq qələbə üçün çıxacağıq.
- “Araz”ı “Dördlər finalı”nda görə biləcəyik?
- Həm bizim, həm də “Sportinq”in şansı eynidir.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0