Subaşiç, Ramim və Dieqo Kosta eyni sırada
22.11.2013 - 12:26
Braziliyalı futbolçu Duqlas Kostanın İspaniya yığması üçün milliləşdirilməsi bu mövzunun gündəmdə qalmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, bir çox ölkələrdə milliləşmə haqda xüsusi yazılar dərc olunub. Elə Rusiya mətbuatı da buna biganə qalmayıb.
Belə ki, “championat.com” saytı futbol tarixinin ən məşhur milliləşən legionerlərinin siyahısını hazırlayıb. Kostanın da yer aldığı yazıda Mauro Kamoraneze, Tyaqo Motta, Deku, Pepe, Marko Senna, Eduardo da Silva, Cerald Asamoa, Emmanuel Olisadebe və Kakau kimi ulduzlar yer alıb.
Rusiyalılar Azərbaycan yığmasını da unutmayıblar.
Şimallı həmkarlarımız millimizdə çox legionerin çıxış etməsinə toxunub. Onlar Azərbaycanı fəallar sırasında göstərib: “Xarici futbolçuların milliləşməsi ilə keçmiş SSRİ ölkələri də fəal məşğul olur: Fabio Luis Ramim, Andre Ladaqa, Leandro Qomeş, Branimir Subaşiç (hamısı Azərbaycan), Enrike Luvannor (Moldova), Edmar, Marko Deviç (hər ikisi Ukrayna), Marko Pizzleli (Ermənistan), Renan Bressan (Belarus). Rusiya isə Oleq Romantsevin vaxtında kamerunlu Cerri-Kristian Çuyseni milliyə cəlb etmək istəyirdi. Jeder, Jan Nard, Motsart Vellitonun da milliləşməsi haqda söz-söhbətlər olub”.
Qeyd edək ki, millimizin noyabrın 19-da Qırğızıstanla keçirdiyi son oyunda 6 legioner meydana çıxmışdı.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0