UEFA Məmmədovu “Şaxtyor”un oyununa göndərdi
22.11.2013 - 16:19
UEFA Məmmədovu “Şaxtyor”un oyununa göndərdi
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Avropa Liqasının L qrupunun “Şaxtyor” (Karaqandı, Qazaxıstan) - PAOK (Yunanıstan) oyununda tədbirin direktoru (UEFA Venue Director) funksiyasını yerinə yetirəcək. Matç noyabrın 28-də, Astana şəhərində keçiriləcək.

Səfər çərçivəsində Məmmədov Qazaxıstan Futbol Federasiyasının lisenziyalaşdırma şöbəsinin əməkdaşları ilə görüşəcək və bu sahədə görülən işlərlə bağlı təcrübə mübadiləsi aparılacaq.

Mənbə: affa.az