“Xəzər Lənkəran” türkiyəli məşqçiyə tapşırılır?
22.11.2013 - 16:30
Türkiyə yığmasının sabiq məşqçisi Oğuz Çətin Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis Topaz Premyer Liqasının XIV turunun “Bakı” – “Xəzər Lənkəran” qarşılaşmasını izləyib.
Futbolçu kimi “Fənərbaxça” və Türkiyə yığmasındakı çıxışları ilə tanınan Çətin 13 illik məşqçilik təcrübəsinə malikdir. Vaxtilə “sarı-lacivərdliləri”də çalışdıran mütəxəssis Bakıya “Xəzər Lənkəran”ın dəvəti ilə gəlib. Cənubluların 0:3 hesabı ilə uduzduğu qarşılaşmanı izləyən mütəxəssisin gəlişinin səbəbi hələlik bəlli deyil.
Qeyd edək ki, 2006-11-ci illərdə yığmada köməkçi məşqçi olan Çətin 3 il əvvəl qısa müddətə baş məşqçi əvəzi də olub. Çalışdırıcının son iş yeri isə ötən mövsüm çalışdırdığı aşağı dəstə təmsilçisi “Boluspor” olub.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0