Con Toşak istefa verdi! - EKSKLÜZİV
22.11.2013 - 20:12
Topaz Premyer Liqasında növbəti istefa gerçəkləşib. Apasport.az saytının məlumatına görə, uelsli mütəxəssis Con Toşak “Xəzər Lənkəran”ın baş məşqçisi postundan ayrılıb.
XIV turun “Bakı” ilə səfər matçında 0:3 hesabı ilə uduzduqdan sonra 64 yaşlı məşqçi vəzifəsindən ayrılmaq qərarına gəlib. Son 27 gündə alınan 3-cü böyük hesablı məğlubiyyət onun belə addım atmasında böyük rol oynayıb.
Bununla, Toşakın “Xəzər Lənkəran” klubundakı 8 aylıq fəaliyyəti sona çatıb.
Bu ilin martında baş məşqçi təyin olunan uelsli mütəxəssis ölkəmizi “31”lə tək edir.
Belə ki, “ağ-yaşıllar”ı 31 matça çıxaran mütəxəssis 9 qələbə, 10 heç-heçə və 12 məğlubiyyətə şahid olub. Onun yetirmələri 24 qol vurub, 42-ni buraxıb.
Qeyd edək ki, Toşaka qədər “Rəvan”da Ramil Əliyevlə Vldasilav Qədirov, “Neftçi”də isə Tərlan Əhmədov postundan kənarlaşdırılmışdı.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0