Con Toşak: “Xəzər Lənkəran”dakı problemlər mənim üçün çətin idi
22.11.2013 - 20:43
Con Toşak: “Xəzər Lənkəran”dakı problemlər mənim üçün çətin idi
“Xəzər Lənkəran”da mənə göstərilən xoş münasibətə görə hər kəsə təşəkkür etmək istəyirəm”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun baş məşqçisi postundan istefa verən Con Toşak deyib.

Uelsli mütəxəssis az öncə öz xahişi ilə cənub təmsilçisinin baş məşqçisi postundan istefa verdi. Qərarı ilə bağlı geniş danışmaq istəməyən 64 yaşlı mütəxəssis gedişi haqda qısa fikirlərini bildirib: “Burdakı problemlər mənim üçün çətin və yeni oldu. Həm də ölkənizdə yeni idim. İstənilən halda, bu komandaya və azarkeşlərinə uğurlar arzulayıram.