İşıqpulunu ödəyə bilməyən türk klubu bağlanır - FOTO
22.11.2013 - 22:21
İşıqpulunu ödəyə bilməyən türk klubu bağlanır - FOTO
Türkiyə Həvəskar Liqasında çıxış edən “Ədirnəspor” bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb klubun işıqpulu borcunu ödəyə bilməməsidir.

Belə ki, 30 min türk lirəsi borcu olan klubun binası bağlanıb, baza və stadionunun da işıqları kəsilib. Ədirnə təmsilçisinin prezidenti Ərdəm Güyümgülərin dediyinə görə, bu məbləğ dekabrın 26-na qədər ödənilməlidir. Rəhbərlik bunun üçün azarkeşlərə və futbol ictimaiyyətinə müraciət edərək kömək istəyib.

Qeyd edək ki, 1966-ci ildə yaradılan, ölkənin I və II Liqalarında təmsil olunan “Ədirnəspor” 2003-cü ildən bəri Həvəskar Liqada çıxış edir.