Tyerri Anri “Arsenal”la məşqlərə başladı - FOTO
23.11.2013 - 04:55
Tyerri  Anri “Arsenal”la məşqlərə başladı - FOTO
Fransalı dünya və Avropa çempionu Tyerri Anri “Arsenal”ın düşərgəsinə qatılıb. Apasport.az-ın xəbərinə görə bu barədə klub saytı məlumat yayıb.

Hazırda ABŞ təmsilçisi “Nyu-York Red Bullz”da çıxış edən 36 yaşı hücumçu sabiq komandası ilə bir müddət məşqlərə çıxacaq. Buna səbəb isə Amerika futbol liqasında mövsüm başa çatdığından Anrinin formasını itirmək istəməməsidir.

Qeyd edək ki, 1999-2007-ci illər ərzində “Arsenal”la böyük uğurlara imza atan təcrübəli forvardın 2014-cü ilin dekabr ayına qədər “Nyu-York Red Bullz”la müqaviləsi var.