İlin uçurumu
28.11.2013 - 17:20
İlin uçurumu
Bu gün açıqlanan FİFA reytinqi Azərbaycan millisinin 2013-cü ildə ən böyük geriləməsinə səbəb olub. Apasport.az saytının məlumatına görə, ötən ayla müqayisədə 7 pillə geriləyən yığmamız il ərzində ən pis enişinə imza atıb.

Oktyabrda 88-ci olan komandamız 95-ci pilləyə yuvarlanıb. Əslində, indiki mövqeyimiz 2013-cü il üçün 2 ən yaxşı göstəricidən biridir. Axı ilk 9 ayda 2-ci “100-lük”də olan yığmamız yalnız oktyabrdan sonra siyahının ilk yarısına qalxıb.

İl ərzində bunadək yalnız 1 dəfə geriləyən millimiz apreldə 4 pillə aşağı düşmüşdü. Yığmamızın tarixində 7 və ya daha çox pillə geriləməsinə sonuncu dəfə düz 1 il əvvəl təsadüf olunmuşdu. 2012-ci ilin noyabrında da geriləyən komanda 12 addım aşağı yuvarlanmışdı.

ay
yer
+/-
Yanvar
118
0
Fevral
118
0
Mart
116
2
Aprel
120
-4
May
120
0
İyun
118
2
İyul
117
1
Avqust
115
2
Sentyabr
115
0
Oktyabr
88
27
Noyabr 
95
-7