Naxçıvanda sensasiya, Dənizli darmadağınla başladı - YENİLƏNİB
04.12.2013 - 18:54
Naxçıvanda sensasiya, Dənizli darmadağınla başladı - YENİLƏNİB
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, 1/4 finala vəsiqələrin sahibləri 1 oyundan ibarət duellərdə müəyyənləşib.

Topaz Premyer Liqasında çıxış edən 10 klubun mübarizəyə başladığı 1/8 final oyunlarından 6-da güclülər aşağı dəstə təmsilçisi ilə görüşüb. Bu matçların favoriti olan elita klublarından yalnız “Simurq” büdrəyib. Zaqatala təmsilçisi Naxçıvanda I divizionun lideri ilə bacarmayıb. “Araz Naxçıvan” rəqibini penaltilər seriyasında məğlub edib.

“Kəpəz” “Neftçi”, “Mil-Muğan” isə “Qəbələ” ilə sınaqdan məğlub ayrılıb. Aşağı dəstə təmsilçilərinin hər ikisi Premyer Liqanın liderlərindən biri ilə görüşdə minimal fərqlə uduzub. Əvəzində digər 3 klub Premyer Liqa klubu ilə qarşılaşmağa peşman olub. “Qaradağ-Lökbatan” 2 qol vursa da, “Rəvan”la matçda darmadağından qaça bilməyib.

Çempionatın növbəti turunda üz-üzə gələcək “İnter” və “Xəzər Lənkəran” sanki qiyabi mübarizə aparıb. Onların hər ikisi artıq ilk yarıda 4 qol vurmaqla cütün taleyini həll edib. “Bankirlər” günün ən böyük hesabına imza atmaqla “kiçik qardaşı” “Simurq”dan fərqli, mərhələni rekordla başa vurub. Baş məşqçi postuna yeni gətirilən Dənizlinin rəhbərliyi altında ilk matçına çıxan lənkəranlılar isə cənub derbisini ilk yarıda vurduğu qollarla tamamlayıb.

Premyer Liqa klublarının iştirakı ilə baş tutan 2 duel isə daha gərgin alınıb. “Bakı” “Sumqayıt”ı yalnız matça əlavə olunmuş dəqiqələrdə məğlub edə bilib. “Qarabağ” da rəqibini minimal fərqlə üstələyib. Lakin bu oyunda cəmi 1 qol vurulub.



Azərbaycan kuboku
1/8 final
4 dekabr (çərşənbə)

“İnter” – “Şuşa” - 7:0
QOLLAR: Aleksandr İaşvili, 27, 33, 62; Ruslan Əmircanov, 36; Asif Məmmədov, 45, 57; Abdulla Abatsiyev, 90+1
QIRMIZI VƏRƏQƏ: İsrafil Qarayev, 84
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Cavanşir Yusifov, Elgün Hüseynov
“Şəfa” stadionu

“İnter”: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benitez, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 11. Asif Məmmədov, 20. Brüs Abdulaye, 33. Matija Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k)
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 6. Samir Zərgərov, 13. Mirsahib Abbasov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 88. Derlis Meza Kolli
Baş məşqçi: Kaxaber Sxadadze

“Şuşa”: 22. Elçin Qasımov, 4. Taleh Babayev, 5. Sərraf Yusifov, 6. Orxan Əsədov, 10. Elvin Adışirinli, 15. Emin Mollayev, 19. Əhməd Ticani, 20. Məhəmməd Xəlilov, 21. Kristofer Nkansah, 25. Frensis Boadi, 26. Tərlan Xəlilov (k)
Ehtiyat oyunçular: 12. Vaqif Şirinbəyov, 3. Fərid Abdullayev, 7. Elçin Zeynalov, 9. İsrafil Qarayev, 11. Rasim Daşdəmirov, 16. Əli Babayev, 17. Hüseyn Əliyev
Baş məşqçi: Nadir Qasımov

“Xəzər Lənkəran” – “Neftçala” - 4:0
QOLLAR: Sadio Tounkara, 8, 45; Etame Mbilla, 22, 43
Hakimlər: Ramil Əhmədov, Azər Əsgərov, Mübariz Haşımov, Ramiz Məhərrəmov
”Xəzər Lənkəran” mərkəzi stadionu

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 18. Tural Cəlilov, 20. Etame Mbilla, 22. Deyvid Sakkoni, 27. Adrian Skarlatake
Ehtiyat oyunçular: 33. Duqlas Leita, 6. Rasim Ramaldanov, 8. Edu Oriol, 11. Zohair Benouahi, 12. Junior Nildo, 17. Kazım Kazımlı, 23. Nikola Qliqorov
Baş məşqçi: Mustafa Denizli

“Neftçala”: 1. Tural Abbaszadə, 3. Mübarək Şahquliyev, 4. Orxan Məmmədov (k), 5. Musa Rəhimov, 6. Samir Abdulov, 7. Nakim Vəliyev, 8. Timur Dadaşov, 9. Aslan Hüseynov, 17. Vaqif Güləliyev, 19. Qasan Qasanov, 85. Rüfət Musayev
Ehtiyat oyunçular: 12. Novruz Rəhimov, 10. Məhəmməd Alıyev, 11. Amil Yunanov, 20. Tanrıverdi Məhərrəmli, 33. Mehman Məmmədov, 55. Fərid Səmədzadə, 70. Vüsal Məmmədov
Baş məşqçi: Bəhram Şahquliyev

“Qaradağ Lökbatan” – “Rəvan” - 2:5
QOLLAR: Rüfət Məmmədov, 24; Anar Həsənov, 59 (p.) - İvan Pexa, 21, Vüsal Qarayev, 29, 90; Elnur Abdulov, 42 (p.); Rəşad Abdullayev, 64;
QIRMIZI VƏRƏQƏ: Elçin Cəfərov, 42
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vaqif Musayev, Hacıəli Ağayev
“Bayıl Arena” stadionu

“Qaradağ Lökbatan”: 25. Elçin Cəfərov, 20. Elmir Məmmədov, 5. Vüsal İsmayılov, 6. Natiq Əkbərov, 4. Elxan Cəbrayılov, 16. Samir Quliyev, 8. Ruhid Usubov, 27. Ramal Hüseynov (k), 19. Rüfət Məmmədov, 17. Novruz Ələkbərov, 11. İlham Allahverdiyev
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 88. Yasin Yaqubzadə, 23. Emin İbrahimov, 22. Murad İsgəndərli, 10. Vüsal Səfərov, 7. Anar Həsənov, 18. Rafael Qəvami
Baş məşqçi: Adil Mahmudov

“Rəvan”: 85. Kamal Bayramov, 8. Frederik Holster, 9. Elnur Abdulov, 11. Kamil Nurəhmədov, 19. Hüseyn Axundov, 27. Rəşad Abdullayev (k), 30. Cəmşid Məhərrəmov, 33. Sohib Savankulov, 38. İvan Pexa, 40. Mişel Balokoq, 89. Vüsal Qarayev
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 14. Xuan Manuel Varea, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç, 24. Yamin Ağakərimzadə, 25. Ayaz Mehdiyev
Baş məşqçi: Şahin Diniyev

“Bakı” – “Sumqayıt” - 2:1
QOLLAR: Aleksandr Şoliç, 59 (pen); Risto Ristoviç, 90+3 - Slavik Alxasov, 85
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Namiq Hüseynov, Ziya Nəsirov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Bakı”: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Pedro Mario Alvarez, 5. Ruben Qonzalez, 8. Cavid Hüseynov, 10. Aleksandar Soliç, 11. Rauf Əliyev (k), 12. Araujo Santos, 15. Alberto Noquera, 20. Mindauqas Kalonas, 31. Vüqar Mustafayev
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deividas Çesnauskis, 17. Risto Ristoviç, 21. Elvin Məmmədov, 22. Namiq Ələsgərov, 23. Lukas Mario Horvat, 34. Şəhriyar Əliyev
Baş məşqçi: Milinko Pantiç

“Sumqayıt”: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 9. Orxan Əliyev, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 5. Kərim Diniyev, 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 25. Fərid Kərimzadə, 77. Mirzağa Hüseynpur
Baş məşqçi: Aqil Məmmədov

“Mil-Muğan” – “Qəbələ” - 1:2
QOLLAR: Elnur Məmmədov, 3 - Leonardo da Silva, 18 (p.); Abdulvahid Afolabi, 20
QIRMIZI VƏRƏQƏ: Çərkəz Həsənov, 17
Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Rahil Ramazanov, Tahir Əhmədov
Qəbələ şəhər stadionu

“Mil-Muğan”: 1. Çərkəz Həsənov, 2. Anar Hacıyev, 4. Elmir Hacıyev, 5. Samir Babayev (k), 8. Zöhrab Məmmədov, 11. Rafiq Koçalıyev, 13. Orxan Məhərrəmzadə, 14. Elnur Məmmədov, 18. Elşən Hacıyev, 19. Bəhram Mehdizadə, 21. Üzeyir Sefizadə
Ehtiyat oyunçular: 99. Şöhlət Rəhimov, 7. Şəadət Yusubov, 9. Elxan Məmmədov, 10. Rəmzi Məmmədov, 17. Alim Ağakişiyev, 16. Cavidan Musazadə, 15. Məzahir Ağalarzadə
Baş məşqçi: Mətləb Məmmədov

“Qəbələ”: 55. Cavidan Hüseynzadə, 3. Nikola Valentiç, 5. Sadiq Quliyev, 9. Viktor Mendi, 10. Luis Hilario (k), 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 19. Abdulvahid Afolabi, 33. Elvin Camalov, 42. Leonardo da Silva, 88. Müşfiq Teymurov
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 4. Amid Quluzadə, 11. Yannik Kamanan, 22. Assis Rodriqes, 31. Daniel Subotiç, 45. Murad Musayev, 84. Deyan Kelhar
Baş məşqçi: Yuri Syomin

“Neftçi” – “Kəpəz” - 1:0
QOL: Ernest Nfor, 57
Hakimlər: Alik Yunusov, Nahid Əliyev, Rasim Əhmədov, Venera Kahriç
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“Neftçi”: 1. Pavels Doroşevs, 3. Denis Silva, 4. Tərlan Quliyev, 7. Araz Abdullayev (k), 14. Bahodır Nasimov, 15. Erik Ramos, 18. Fəhmin Muradbəyli, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor
Ehtiyat oyunçular: 34. Ziyadxan Məmmədov, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 11. Melvin Platye, 13. Vasif Əliyev, 28. Emin Mehdiyev, 33. Orxan Bəşirov
Baş məşqçi: Nazim Süleymanov

“Kəpəz”: 12. Ramil Kərimov, 5. Şahin Kərimov, 9. Elmin Əlizadə, 4. Atin Abdullayev, 14. Xəyal Mustafayev (k), 7. Pərvin Paşayev, 2. Nicat Məmmədov, 17. Qafar Qafarov, 10. Zaur Əsədov, 16. Elxan Əzizov, 11. Mehdi Mehdiyev
Ehtiyat oyunçular: 1. Habil Hüseynov, 5. Ülvi Cəlilov, 6. Kamran Babayev, 8. Səyavuş Allahyarlı, 18. Rəhman Allahverdiyev, 19. Elçin Seyidov, 20. Araz Mansurov
Məşqçi: Azər Məmmədov

“Araz Naxçıvan” – “Simurq” - 2:2 (pen. 4:2)
QOLLAR: David Janalidze, 45 (pen); Bəxtiyar Soltanov, 88 - Rəşad Eyyubov, 17 (pen), 80
QIRMIZI VƏRƏQƏ: Tural Axundov, 90
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, İsgəndər Əliyev, Fərid Məmmədov
Naxçıvan Muxtar Respublika stadionu

“Araz Naxçıvan”: 1. Emil Balayev, 2. Aleksandr Krustkeviç, 3. Əlimirzə Daşzərini, 5. Cavid Həsənov, 6. Mikayıl Rəhimov, 8. Elmin Çobanov, 9. Eşqin Quliyev, 10. Emin İmaməliyev (k), 17. Bəxtiyar Soltanov, 21. David Janalidze, 25. Elgiz Kərəmli
Ehtiyat oyunçular: 23. Rəşad Heydərov, 4. Fərman Qənbərov, 7. Akif Tağıyev, 11. Elgün Abbaslı, 13. Elnur Soltanlı, 15. Rəşad Hacızadə, 19. Rəhman Musayev
Baş məşqçi: Əsgər Abdullayev

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 16. Məhərrəm Hüseynov, 18. Tural Axundov, 20. İdan Vaytsman, 22. Salif Ballo, 28. Nenad Kiso
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 5. Anderson Olivyera, 8. Mzee Patrik Osiako, 15. Stepan Polyak, 30. Raul Kostin, 77. Nicat Qurbanov
Məşqçi: İqor Getman

“Qarabağ” – AZAL - 1:0
QOL: Reynaldo Silva, 79
QIRMIZI VƏRƏQƏ: Aleksandr Şemonayev, 62
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Elman Musayev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Ulrix Kapolonqo, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 41. Corc Leroy
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 9. Reynaldo Silva, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 70. Marinaldo da Silva, 99. Nikolas Gelaşvili
Baş məşqçi: Qurban Qurbanov

AZAL: 1. Ruslan Məcidov, 2. Juan Fransisko, 3. Aleksandr Şemonayev, 4. Jose Junior Ailton, 10. Con Oluremi, 15. Oskars Klava, 17. Viktor İqbekoyi (k), 18. Samuel Barlay, 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə, 31. Şəhriyar Rəhimov
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov. 21. Rey Məmmədbəyli, 23. Tural Nərimanov, 28. Emin Cəfərquliyev, 30. Yuri Fomenko
Baş məşqçi: Vaqif Sadıqov