Flavinyo: Bu cəzaya layiq deyildim
04.12.2013 - 13:52
“AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə “Neftçi” ilə yanaşı, şəxsən özüm də müraciət etmişdim. Dünən məşqdən sonra federasiyada oldum. Bu iclasda iştirak etmək istəyirdim”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo deyib.
Dünən Apellyasiya və Ekspert Komitəsi (AEK) braziliyalı futbolçunun cəzasını yüngülləşdirib. Cənubi amerikalı intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub.
Flavinyo AEK-in qərarına münasibətini klubunun rəsmi saytı vasitəsilə edib. Onun sözlərinə görə, braziliyalı da adıçəkilən komitədə olub: “Komitə üzvləri qarşısında fikirlərimi bildirdim. Mənimlə yanaşı, baş hakim Rəhim Həsənov da orada idi və onun da fikirləri dinlənildi. Futbolçunun vəzifəsi meydanda futbol oynamaqdır. Gələcəkdə hakimlər ədalətli qərarları ilə elə etməlidirlər ki, belə toplantılara ehtiyac olmasın. Rəhimlə də görüşüb səmimi söhbət etdik. Çox sevindiricidir ki, o da öz səhvlərini dərk edir. Gənc FİFA referisidir. Əsas odur ki, öz üzərində daima çalışsın. Ona gələcəkdə Çempionlar Liqası və Avropa Liqasının qrup oyunlarını idarə etməyi arzulayıram. Eşitmişəm ki, Azərbaycanda çox güclü hakimlər olub. Elə “Qarabağ”la keçirəcəyimiz oyun da dünya şöhrətli hakim Tofiq Bəhramovun adını daşıyan stadionda olacaq. Dünənki toplantı gec başa çatdığından, hansı qərarın qəbul ediləcəyini bilmirdim. Bu gün səhər qərarla tanış oldum və cəzamın yüngülləşdirilməsinə sevindim. Çünki həqiqətən də bu cəzaya layiq deyildim”.
Qeyd edək ki, Flavinyo XIV turun “İnter”lə oyununda birbaşa qırmızı vərəqə aldığına görə, İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılmışdı. Ancaq o, “Sumqayıt”la matçda cəzasını başa vurduğundan, “Qarabağ”a qarşı forma geyinə biləcək.

0
0