Azərbaycan klubu “Rubin” və “Əskişəhərspor”la bir turnirdə!
04.12.2013 - 16:06
Azərbaycan klublarından biri qış fasiləsi zamanı Ankarada keçiriləcək turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, turnir türkdilli klublar arasında keçiriləcək.
4 komandanın iştirak edəcəyi turnirdə Rusiyanı Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” təmsil edəcək. Bu komandanın türkdilli klublarla bir yerdə iştirak etməsi isə təsadüf deyil. Çünki Kazan türkmənşəli muxtar respublika olan Tatarıstanın mərkəzidir. Digər 2 komanda isə “Əskişəhərspor” və meydan sahibi “Gənclərbirliyi”dir.
Ölkəmizi isə bu turnirdə kimin təmsil etməsi AFFA-ya göndərilən sorğudan sonra bilinəcək. Ehtimal etmək olar ki, yarışda ölkəmizi “Qarabağ” təmsil edəcək. Çünki bu komanda Ankaranın Kızılcahamam bölgəsində toplanış keçməsi ilə tanınır.
Qeyd edək ki, avqustun 10-11-də “Əskişəhərspor”un təşkilatçılığı ilə bağlı Qazaxıstan, Qırğızıstan və Türkmənistan klubları arasında ilk belə turnir keçirilmişdi. Onda çempionatımıza start verildiyindən, ölkəmizi heç bir klub burda təmsil edə bilməmişdi.

0
0