Millimizin baş məşqçisi layihələri açıqladı
04.12.2013 - 18:19
Millimizin baş məşqçisi layihələri açıqladı
Bu gün AFFA-nın inzibati binasında U-19, U-16 və U-13 qızlar liqalarında çıxış edən komandaların məşqçiləri ilə görüş keçirilib. Apasport.az saytının məlumatına görə, görüşdə 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandanın baş məşqçisi Patrisiya Qonzalez də iştirak edib.

İspaniyalı mütəxəssis qızlar liqalarında keçirilən oyunlar barədə danışıb, müsbət məqamları və çatışmazlıqları qeyd edib. Yığmanın baş məşqçisi tədbir iştirakçılarına qadın futbolu ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələr haqda məlumat verib.

Mənbə: affa.az