Mustafa Dənizli: Debüt və şərh
04.12.2013 - 19:19
“Bu, mənim ilk matçım olduğundan qələbə qazanmaq önəmli idi”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.
Türkiyəli mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsində “Neftçala” klubu ilə oyun barədə fikirlərini açıqlayıb. Cənub təmsilçisinin “sükanı arxası”nda debüt edən Dənizli yetirmələrinin 4:0 hesablı qələbəsindən razı qalıb. Mütəxəssis klubla müqavilə imzaladıqdan sonra ilk matç sonrası şərhini də verib: “Komandam neçə oyun idi qələbə qazana bilmirdi. Bu oyunla uğursuzluğa son qoyduq. Çempionata gəlincə, burada oyunlarımız çoxdur. Komandama inanıram, onlar bu gün də yaxşı vuruşdular. Futbolda möcüzələr kifayət qədərdir. Biz də buna inanırıq. İnşallah, həm ölkə kubokunda, həm də Premyer Liqada daha yaxşı oynamağa çalışacağıq”.

0
0