Diniyev: Şükür ki, buna heç ehtiyac olmadı
04.12.2013 - 19:58
“Oyun maraqlı və gərgin alındı. Rəqibin oturuşmuş heyətə malik və aqressiv futbolçulardan qurulmuş yaxşı komandası var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/8 finalında “Qaradağ Lökbatan”la oyundan sonra deyib.
O, 5:2 hesablı qalibiyyəti belə şərh edib: “Qaradağ Lökbatan” uduzmağı sevməyən, meydanın hər qarışı uğrunda mübarizə aparan komandadır. 10 nəfərlə qaldıqdan sonra da bizə müqavimət göstərdilər. Artıq bir neçə ildir ki, bir yerdə çıxış edən oyunçuları var. Bu mənada çətin olacağını bilirdik. Rəqib məğlubiyyəti həzm edə bilmir. Bütün bunlar üzərində çalışmışdıq. Bu gün çox şey ilk qoldan asılı idi. İki dəfə hesabda önə keçməklə psixoloji üstünlüyə də yiyələndik. Bolqollu matç oldu, qapılara 7 qol vuruldu. Futbolun bəzəyi də qoldur”.
Diniyev bu oyun üçün heyətdə etdiyi dəyişiklərlə bağlı da danışıb: “Qarşıda AZAL ilə çətin oyunumuz olduğundan heyətdə bir sıra dəyişikliklər etmişdik. Əsas heyətin bəzi oyunçularına istirahət vermişdim. 3 nəfərin adını ümumiyyətlə, iştirak ərizəsinə salmamışdım. Miloş Adamoviç, Xuan Manuel Varea, Ramazan Abbasov kimi təcrübəli oyunçuları isə ehtiyatda saxlamaqla vəziyyətdən asılı olaraq onları oyuna buraxmağı düşünürdüm. Şükür ki, buna heç ehtiyac olmadı və matç istədiyimiz kimi getdi. 4-cü qol tez gəldiyindən cavanların oynamasına şərait yaratdım. Qələbə qazandığımız üçün şadam”.
Mənbə: pfl.az

0
0