Nazim Süleymanov minimal hesablı qələbədən danışdı
04.12.2013 - 20:13
Nazim Süleymanov minimal hesablı qələbədən danışdı
“Maraqlı oyun oldu. Oyundan əvvəl cütün favoriti sayılırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Nazim Süleymanov Azərbaycan kubokunun 1/8 finalında “Kəpəz”lə oyundan sonra deyib.

Süleymanov Gəncə təmsilçisi üzərindəki 1:0 hesablı qalibiyyəti dəyərləndirib: “Rəqibin Divizion təmsilçisi olması komandada arxayınlıq yaratmışdı. “Kəpəz” 1-ci dəstədə olmasına baxmayaraq, böyük tarixə malikdir. Kubok bir oyundan ibarətdir, bu cür oyunlara ciddi yanaşmaq lazımdır”.

Mənbə: pfl.az