Mustafa Dənizlidən böyük iddia - MÜSAHİBƏ
04.12.2013 - 22:04
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizlinin Türkiyənin NTV-Spor kanalına müsahibəsi
- Azərbaycanda debütünüz ölkə kubokuna təsadüf etdi. “Neftçala” ilə görüşdə qələbə qazandınız. Ümumiyyətlə, hazırda işləriniz necə gedir?
- Hər şey yaxşıdır. Komandanı yavaş-yavaş tanıyıram. Azərbaycan və Türkiyə mentalitetində çoxlu oxşarlıqlar olduğundan elə də çətinlik çəkmirəm. Bu gün kubok mübarizəsinə başladıq. Rəqib I divizion təmsilçisi idi. Elə də iddialı komanda deyil, amma bizim üçün yaxşı başlanğıc oldu. Bu qələbə mənim üçün önəmli idi.
- “Xəzər Lənkəran” iddialı klubdur. Hədəfləriniz nədir, avrokuboklara hansı yolla vəsiqə qazanmaq istəyirsiniz?
- Hazırda çempionatda vəziyyətimiz elə də yaxşı deyil. Rəqiblərimizdən xeyli geridəyik. Amma çempionatın başa çatmasına hələ 23 tur var. Futbolda mümkünsüz bir şey yoxdur. Sizə çətin görünən hədəflərə belə çata bilirsiniz. Biz də hədəfimizə çatmaq üçün çox çətin yoldan keçməliyik. Bir qədər sonra qış fasiləsi başlayır. Hazırda avrokuboklara getməyin iki yolu var; birincisi çempionatı ilk 3 yerdə tamamlamaq, yaxud ölkə kubokunda finala çıxmaq. Hazırda Avropa Liqasına kubok oyunları vasitəsilə getmək ehtimalımız daha çoxdur. Çünki digər yol daha çətindir, amma çempionatda ilk üç komanda arasında yer almaq üçün əlimizdən gələni edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Bu hədəfə çatmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
- Böyük hədəfləri olan baş məşqçisiniz. Klubla anlaşmanız, planlarınız necədir?
- İlk hədəfim “Xəzər Lənkəran”la Azərbaycanda heç bir klubun qazanmadığı uğuru əldə etmək, Avropa Liqasında qrupa düşmək və növbəti mərhələyə çıxmaq. Yəni, indiyə kimi heç bir Azərbaycan klubunun çata bilmədiyi uğurları qazanmaq. Mənim ilk hədəfim budur. Buradakı il yarım vaxtda bu hədəfə çatmaq istəyirəm.
- Qış fasiləsində Türkiyədən yerli, yaxud legioner futbolçu transfer etmək fikriniz varmı?
- Türkiyədən də ola bilər. Çünki iki ölkənin arasında oxşarlıqlar çoxdur. Türkiyədə yaşamış bir insan buraya daha asan öyrəşər. Türkiyədən də ola bilər, amma bu, o demək deyil ki, mütləq Türkiyədən futbolçu transfer edəcəyik. Fasilədə məşqçilər korpusuna da əlavə çalışdırıcılar cəlb edəcəyik. Fasiləyə qədər 3 çempionat oyunlarımız var. Bu matçlardan 9 və ya 7 xal qazana bilsək, çempionatdakı vəziyyətimiz yaxşılaşar.

0
0