Futbolçumuz oynadı, komandası mərhələ adladı - FOTO
04.12.2013 - 23:02
Bu gün millimizin hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” Türkiyə kubokunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi IV tur çərçivəsində öz meydanında “Silivrispor”la üz-üzə gəlib.
Görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Sivas təmsilçisi növbəti mərhələyə adını yazdırıb. Baş məşqçi Roberto Karlos Cihanı start heyətdə meydana çıxarıb. Futbolçumuz oyunun 72-ci dəqiqəsində Niyazi Salmanla əvəzlənib.
Qeyd edək ki, “Sivasspor”un yeganə qolunu 19-cu dəqiqədə Kamil Qrosiçki vurub.

0
0