Riçard Almeyda: Yaxşı ki, bu dəfə “çərçivə”ni tapdıq - MÜSAHİBƏ
05.12.2013 - 00:00
Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində AZAL üzərində 1:0 hesablı qələbə qazanan “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Çətin qələbə qazandığınız oyunla bağlı nə deyə bilərsiniz?
- AZAL-ı yaxşı tanıyırıq, sərt oynayan komandadır. Mərhələ adlamaq üçün bacardığımızı ortaya qoyduq. 1/4 finala yüksəldiyimiz üçün komanda yoldaşlarımı təbrik edirəm.
- Hesab açılanadək oyununuz alınmırdı. Bu, nədən irəli gəlirdi? Qələbə qazanmağınızda sanki qırmızı vərəqə həlledici oldu...
- Dediyim kimi, rəqib çox sərt, həm də təkbətək epizodlarda çox sıx oynayırdı. Müdafiə xəttini yarmaq isə çox çətin idi. Yaxşı fürsət əldə etdik və Reynaldo şansını əldən vermədi.
- Həftəsonu daha çətin sınağınız olacaq: Lider “Neftçi” ilə qarşılaşacaqsınız. Bu matçda qələbə qazansanız, zirvəyə yüksələcəksiniz. Bu oyun barədə nə düşünürsünüz?
- Çox çətin olacaq. Hər halda, şansları bərabər sayıram.
- Oyun öncəsi “Neftçi”də forma geyinən braziliyalı futbolçularla əlaqə saxlamamısınız?
- Onlarla yalnız yaxın münasibətim var. Amma bunun həmin qarşılaşmaya heç bir aidiyyəti yoxdur.
- Flavinyonun cəzasının azaldılması və onun “Qarabağ”a qarşı oynaması sizi sevindirdi?
- Heç bir problem yoxdur. Kimin oynamasından asılı olmayaraq, hamı komandasının qələbə qazanması üçün çalışacaq.
- I dövrədəki duel maraqsız və qolsuz heç-heçə ilə başa çatdı...
- İndidən nəsə deyə bilmərəm. Qarşılaşmadan sonra danışmaq olar.
- Bəs son matçlarda “Qarabağ” niyə qol vurmaqda çətinlik çəkir?
- Sadəcə, top qapıya girmir. Şükürlər ki, bu dəfə “çərçivə”ni tapdıq. Bundan sonra da bu cür davam etməsinə çalışacağıq.

0
0