“Həmin qoldan sonra hamı şoka düşdü” - MÜSAHİBƏ
05.12.2013 - 00:01
“Qəbələ”nin hücumçusu Abdulvahid Afolabi ölkə kubokunun 1/8 final mərhələsində I divizion təmsilçisi “Mil-Muğan” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Görüşlə bağlı fikirlərinizi bilmək istərdik...
- Normal qarşılaşma oldu. Yaxşı oynadığımızı düşünürəm. İlk dəfə idi əsas heyətdə meydana çıxırdım. Fikrimcə, çıxışımız pis deyildi.
- Rəqibin erkən qol vurmasını gözləyirdiniz?
- Xeyr, I divizion təmsilçisi ilk hücumdaca bizi cəzalandırdı. O qoldan sonra hamı şoka düşdü. Ancaq zamanımız çox idi. Bilirdik ki, qarşıdakı dəqiqələrdə bu qolun əvəzini çıxacağıq. Gördüyünüz kimi, nəticə istədiyimiz kimi oldu.
- Baş məşqçiniz Yuri Syomin oyundan sonra keçirilən mətbuat konfransında komandadan narazı qaldığını bildirdi...
- Baş məşqçinin fikri ilə razılaşıram. Aşağı dəstə təmsilçisi bacardığını etdi. Biz isə rəqib I divizion təmsilçisi olduğu üçün meydana arxayın çıxmışdıq. Həm də unutmayaq ki, rəqibin heyətindəki futbolçular Premyer Liqa klublarına keçmək üçün əllərindən gələni etdilər.
- 1/4 finalda rəqibiniz “Qarabağ” olacaq. Necə düşünürsünüz, çempionatda iki dəfə məğlub olduğunuz rəqiblə dueldən qalib ayrıla biləcəksinizmi?
- “Qəbələ”nin yarımfinala çıxmaq şansı var. Düzdür, “Qarabağ”la cari çempionatda iki dəfə qarşılaşmışıq və hər ikisində məğlub olmuşuq. Bəzən bəxtsizlik də olur. Həmin oyunlardakı nəticəni unutsaq, “Qarabağ”ı keçə bilərik.
- Vurduğunuz qolla baş məşqçiyə əsas heyətdə oynamağa hazır olduğunuzu bildirmiş oldunuz. Rusiyalı mütəxəssis bu mesajınızı necə dəyərləndirəcək?
- Start heyətində yer alan zaman hər şeyə sıfırdan başlayırsan. Ancaq meydana sonradan daxil olanda oyunun alınmağı təxminən 50 faizə bərabərdir. Çünki həmin vaxt komanda yoldaşların yorğun olur. Məcburən arxaya qədər gəlməli, topu özünlə aparmalısan. Yəni, hücumda olduğun zaman lazımı qədər topla təmin oluna bilmirsən.
- İlk “11-lik”də yer alan futbolçulardan çoxmu geri qalırsınız?
- Hələ gəncəm, çox çalışmalıyam. Əgər “11-lik”də qol vursam, deməli, oynamağa hazıram.
- Qarşıdan “Simurq”la qarşılaşma gəlir...
- Güclü komandadır. Ümumiyyətlə, çempionatda zəif rəqib yoxdur. Hətta sonuncu pillədəki komanda ilə oynayan zaman da 90 dəqiqə tamam olmamış bir söz demək mümkün deyil.
- “Simurq” bu gün kubokda mübarizəni dayandırdı. Üstəlik, 120 dəqiqə mübarizə apardılar. Bu amil rəqibə yorğunluq yarada bilərmi?
- Heç bir komanda 11 futbolçudan ibarət deyil. Onların da ehtiyatda kifayət qədər futbolçusu var. Bu dəfə yəqin oynamayanlara şans veriləcək.

0
0