Davud Kəriminin komandası “Fənərbaxça”nı kubokdan kənarlaşdırdı
04.12.2013 - 23:38
Davud Kəriminin komandası “Fənərbaxça”nı kubokdan kənarlaşdırdı
Futbol üzrə Türkiyə Kubokunda IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı qapıçı Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor” bu gün qüvvəsini sınayıb.

Həmyerlimizin komandası səfərdə “Fənərbaxça” klubu ilə üz-üzə gəlib. “Şükrü Saracoğlu” stadionunda keçirilən qarşılaşmada PTT 1-ci Liqa təmsilçisi güclü rəqibini 2:1 hesabı ilə məğlub edərək növbəti tura vəsiqə qazanıb.

Çempionat oyunlarında ehtiyatda qalan Kərimi bu dəfə “18-liy”ə düşə bilməyib.


Türkiyə Kuboku
IV tur

4 dekabr


“Fənərbaxça” – “Fəthiyəspor” - 1:2
Qollar: Sabri Turqut, 45 (avtoqol) – Onur Okan, 77, Ahmet Aras, 83