Nduka və Popoviçin komandası mübarizəni dayandırdı
05.12.2013 - 03:57
Nduka və Popoviçin komandası mübarizəni dayandırdı
Futbol üzrə Türkiyə Kubokunda IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Andrey Popoviç və Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor” doğma arenada Superliqa təmsilçisi “Akhisar BS” ilə üz üzə gəlib.

I Divizion klubu güclü rəqibinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Bu oyunda hər iki futbolçumuza da şans verilməyib. Popoviç bu görüşün iştirak ərizəsində yer almayıb. Nduka isə 90 dəqiqə ehtiyatda gözləməli olub.

Türkiyə Kuboku
IV tur
4 dekabr


“Tavşanlı Linyitspor” – “ Akhisar BS ” – 0:1
Qol:Lusyano, 29