“Qalatasaray”da şad xəbər: Muslera qayıdır - FOTO
05.12.2013 - 07:58
“Qalatasaray”da şad xəbər: Muslera qayıdır - FOTO
Türkiyə Super Liqasının X turundakı “Konyaspor”la oyunda ayaq baş barmağından zədələnən “Qalatasaray”ın əsas heyət qapıçısı Fernando Musleradan sevindirici xəbər gəlib. Apasport.az saytının yerli KİV-ə istinadən məlumatına görə, uruqvaylı qolkiper ötən gün komandası ilə birlikdə məşqlərə qatılıb.

Bş məşqçi Roberto Mançinin Superliqanın növbəti turundakı “Elazığspor” matçında Musleraya şans verəcəyi deyilir.

Qeyd edək ki, 27 yaşlı qapıçı 2011-ci ildə İtaliyanın “Latsio” klubundan “Qalatasaray”a transfer olunub.