“Araz Naxçıvan”dan ilk
05.12.2013 - 09:13
“Araz Naxçıvan”dan ilk
I divizionda çıxış edən “Araz Naxçıvan” klubu tarixində ilk dəfə Azərbaycan kubokunun 1/4 finalına çıxıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi 1/8 finalı uğurla adlayanlar arasında ilk dəfə buna nail olan yeganə komandadır. Digər 7 komanda isə əvvəllər də 1/4 final həyəcanı yaşayıb.

Maraqlıdır ki, həmin 7 komanda ötən il də 1/4 finalda çıxış edənlərdir. Həmin “8-lik”dən bu dəfə yalnız “Simurq” kənarda qalıb. Zaqatala təmsilçisi də məhz “”Araz Naxçıvan”a uduzduğu üçün buna üzülüb.

Azərbaycan kubokunun əbədi 1/4 finalçısı “Neftçi” isə artıq 22-ci dəfədir ən yaxşı 8 komanda sırasında qərarlaşıb. “Qarabağ” 15-ci, “Bakı” 14-cü,“İnter” 11-ci, “Xəzər Lənkəran” isə yubiley – 10-cu uğuruna sevinib. “Qəbələ” ilə “Rəvan” nisbətən az – müvafiq olaraq 6 və 2 dəfə 1/4 final yüksəlib.