Əfsanəvi hücumçu aşağı dəstə klubunda
05.12.2013 - 09:51
Əfsanəvi hücumçu aşağı dəstə klubunda
İsveç millisinin sabiq hücumçusu Henrik Larssonun yeni iş yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, karyerasını məşqçi kimi davam etdirən əfsanəvi futbolçu ölkəsində ötən mövsümün yekunlarına əsasən I diviziona düşən “Falkenberq”i çalışdıracaq.

Henrik Larssonun son iş yeri 16 yaşlı oğlunun da formasını geyindiyi “Höqeborqs” klubu olub. O, IV divizionda çıxış edən komandada oynayan məşqçi funksiyasını yerinə yetirib. Bunadək isə 2009-2013-cü illərdə I divizionda mübarizə aparan “Landskrona”nı çalışdıran Larsson bu klubu elitaya çıxarda bilməyib.

Qeyd edək ki, Larsson futbolçu karyerası ərzində “Seltik”, “Barselona” və “Mançester Yunayted” kimi məşhur klubların şərəfini qoruyub.