Yalnız “İnter”in gürcüləri
05.12.2013 - 09:55
Yalnız “İnter”in gürcüləri
2013/14 mövsümündə 2-ci het-trik qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun 1/8 final mərhələsində 1 futbolçu 3 qol vurmağı bacarıb. Bakı “İnter”inin üzvü Aleksandr İaşvili “Şuşa” ilə qarşılaşmada 3 dəfə fərqlənməklə yarışın ilk het-trikinin müəllifi olub.

Cari mövsüm kubokda olduğu kimi çempionatda da yalnız 1 belə hadisə qeydə alınıb. Maraqlıdır ki, Topaz Premyer Liqasında da bunu məhz “İnter”in gürcü futbolçusu reallaşdırıb. “Rəvan”la görüşdə Baçana Sxadadze 3 qol vurmuşdu. Çempionatın 75, kubokun 12 görüşündə bu cütlükdən başqa heç kim 1 qarşılaşmaya 3 qol vurmağı bacarmayıb.